Fransada Superkubok uğrunda görüş keçirlib. Çempionatın qızıl mükafatçısı “Lill” kubok turnirinin qalibi “Pari Sen Jermen”lə qarşılaşıb.

Matç İsrailin paytaxtı Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunub. Görüşün 6-cı dəqiqəsində Burak Yılmazın  cərimə zərbəsindən vurduğu top qapıdan aralı keçib. Paytaxt futbolçularının da hücumları təhlükəli alınıb. Bu epizodda “Lill”in qapıçısı inamlı oyun nümayiş etdirib. 40–cı dəqiqədə “Lill” daha bir imkandan yararlana bilməyib. Buna baxmayaraq “Lill” ilk yarının son dəqiqəsində istəyinə nail olub. Şeka baxımlı qol vurub. Fasilədən sonra da görüş qarşılıqlı hücumlar şəraitində keçib.Lakin hesab dəyişməyib. Beləliklə 1:0 hesabı ilə qalib gələn “Lill” tarixində ilk dəfə superkuboka sahib olub.   Ardıcıl 8 il fəxri mükafatı qazanan “Pari Sen Jermen” isə bu dəfə azarkeşlərini məyus edib.